BolgeXeber.Com » Ölkə » “Baku Lüks Tikinti”nin qanunsuz hərəkəti kütləvi etirazlara səbəb oldu

“Baku Lüks Tikinti”nin qanunsuz hərəkəti kütləvi etirazlara səbəb oldu

8-02-2020, 17:01
Oxunub: 4 339
“Baku Lüks Tikinti”nin qanunsuz hərəkəti kütləvi etirazlara səbəb oldu
Bakıda bir qrup sakin yaşadıqları binanın qarşısında elektrik yarımstansiyasının tikintisinə etiraz edir.

“Report” xəbər verir ki, onlar bununla bağlı Baş Prokuror Zakir Qaralova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıblar.

Bakı şəhər Xətai rayonu, Natiq Əliyev küçəsi 3 E ünvanında yaşayan şikayətçilər ərizələrində bildiriblər ki, binaları 2 girişli və 135 mənzillidir.

Onlar “Baku Lüks Tikinti” MMC tərəfindən 2017-ci ildə pilot layihə kimi Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 10 ünvanında yerləşən 2 mərtəbəli, 42 mənzilli evin sökülərək yerində 2 girişli 16 mərtəbəli binanın inşa edildiyini diqqətə çatdırıblar.