Ağdaşda heroin alverçisi saxlanılıb
21-02-2020, 12:16
Oxunub: 4 097
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com -a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini 40 yaşlı Teymur Əzizov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd kiçik sellofan bükümdə satış məqsədilə saxladığı 1,3 qram narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə T.Əzizovun yaşadığı evə də baxış keçirilib. Oradan ümumilikdə 15 ədəd sellofan və kağız bükümlərdə heroin və qurudulmuş marixuana, həmçinin 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Anar Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə heroin aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər