BolgeXeber.Com » Ölkə » Millət vəkili Fəzail Ağamalı şəhid olan əsgərin ailəsinə başsağlığı verdi
Millət vəkili Fəzail Ağamalı şəhid olan əsgərin ailəsinə başsağlığı verdi
24-02-2020, 17:20
Oxunub: 6 392
AVP sədri,millət vəkili Fəzail Ağamalı şəhid olan əsgərin ailəsinə başsağlığı verib
Bolgexeber.com xəbər verir ki, Fəzail Ağamalı öz feysbuk profilində bu barədə məlumat paylaşıb. AVP sədri açıqlamasında qeyd edir:
Çox təəssüf hissi və ürək ağrısı ilə qeyd etmək istərdim ki, Qazax rayonunun Ermənistanla sərhəddində öz faşist əməllərindən əl çəkməyən Erməni silahlı qüvvələrinin təxribatı zamanı əsgərimiz İbrahim Ələmşah oğlu Vəliyev şəhid olmuşdur. Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr diləyirəm.
Azərbaycan şəhid verdikcə mətinləşir, güclənir və hər birimizin torpağa, vətənə, dövlətə bağlılığımız daha da artır. Biz üç əsirdən bu günədək özünün himayəçilərilə torpaqlarımızda qan tökən, torpaqlarımızı işğal edib tarixi torpaqlarımızı günümüzədək işğal altında saxlayan ermənilərə tarixi dərs verəcəyimiz zaman çox da uzaq da deyil.
Biz bu gün güclü Ordumuzla, güclü Liderimizlə, Ali Baş Komandanımız, Prezidentimiz Cənab İlham Əliyevlə nəinki Dağlıq Qarabağı işğaldan azad edəcəyik, həm də itirilmiş tarixi torpaqlarımızın da əbədi yiyəsi olacağıq!
Bir daha bütün ŞƏHİDLƏRİMİZƏ TANRIDAN rəhmət diləyirəm, ruhları şad olsun!
BAŞIN SAĞ OLSUN VƏTƏN!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər