BolgeXeber.Com » Ölkə » Azərbaycanda Od çərşənbəsi qeyd olunur

Azərbaycanda Od çərşənbəsi qeyd olunur

3-03-2020, 09:22
Oxunub: 2 948
Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

Bolgexeber.com xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır. Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.