BolgeXeber.Com » Ölkə » Prezident Lalə Məmmədovaya 3 otaqlı mənzil hədiyyə etdi

Prezident Lalə Məmmədovaya 3 otaqlı mənzil hədiyyə etdi

6-03-2020, 11:32
Oxunub: 3 706
Prezident Lalə Məmmədovaya 3 otaqlı mənzil hədiyyə etdi
Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.

Bolgexeber.com xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən mənzil 3 otaqdan ibarətdir.

Lalə Məmmədova açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:

“Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram.

Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam”.