BolgeXeber.Com » Ölkə » Vaqif Əsədov Bakıya gələnlərin qeydiyyatının postlarda necə müəyyən ediləcəyindən danışdı
Vaqif Əsədov Bakıya gələnlərin qeydiyyatının postlarda necə müəyyən ediləcəyindən danışdı
18-03-2020, 18:19
Oxunub: 4 456
"Postlarda yeni şəxsiyyət vəsiqələrinin oxunması üçün texniki vasitələrdən istifadə olunacaq”.
Bolgexeber.com xəbər verir ki, bunu “qaynarinfo”ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Bakıya giriş-çıxışın qadağan olunması ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirərkən deyib.
Vaqif Əsədovun sözlərinə görə, yeni pasportlarda ünvanları oxumaq üçün lazım olacaq texniki vasitələr artıq hüquq-mühafizə orqanlarına verilib:
"Bunu qərarı verən təşkilat bilir. Vətəndaşların əksəriyyətinə yeni pasportlar verilib.
O pasportları oxumaq üçün xüsusi texniki vasitələr var. Həmin texniki vasitələr Asan Xidmət, hüquq-mühafizə orqanları və bir çox aidiyyətli yerlərə verilib.
Bu texniki vasitə postlarda qoyulacaq və hər bir vətəndaşın sənədi yoxlanılacaq. Heç kəs narahat olmasın. Sadəcə verilən tövsiyələri elə pasportsuz yerinə yetirməyə çalışaq”.
Vaqif Əsədov hər kəsi bu tövsiyəyə əməl etməyə səsləyib:
"Biz istəyirik ki, bunu insanlar narazılıqla qarşılamasınlar.
Mövcud vəziyyəti təhlil etməyə bizə yardımçı olsunlar. İnşallah, aprelin 1-dən sonra qapılarımız açıq olacaq, kim istəyir, onda gələr”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər