BolgeXeber.Com » Ölkə » Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanıldı
Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanıldı
28-03-2020, 16:19
Oxunub: 5 922
Zaqatalada koronavirus infeksiyası haqqında yalan məlumat yayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib.
Həmin görüntülər əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyən edilərək saxlanılıblar. Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və etdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər