
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.
Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.

