BolgeXeber.Com » Ölkə » Nəsimi polisi karantin rejiminə nəzarət edir - FOTO

Nəsimi polisi karantin rejiminə nəzarət edir - FOTO

12-04-2020, 13:26
Oxunub: 7 552 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.
BÖLGƏ TV bildirir ki,cücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonunun bir sıra küçə və prospektlərində postlar qurulub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları postdan keçən hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.
Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür. BÖLGƏ TV-nin əməkdaşının Nəsimi polisinin xidmət edtdiyi ərazidən çəkdiyi fotoları təqdim edirik:
Bolgexeber.com