BolgeXeber.Com » Ölkə » Qeydiyyat İmtahan İdarəsində karantin rejiminə əməl olunmasına ciddi nəzarət edilir-FOTO

Qeydiyyat İmtahan İdarəsində karantin rejiminə əməl olunmasına ciddi nəzarət edilir-FOTO

4-05-2020, 11:44
Oxunub: 4 266 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur.

 Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan idarəsində də karantin rejiminə ciddi əməl olunur. Belə ki,sürücülər avtomobillərin texniki yoxlanışına maska ilə buraxılır. İdarəyə sənəd almaq üçün gələn vətəndaşlar ciddi şəkildə xüsusi aparatla yoxlanılır, vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edilir və lazım olan digər lazımi tədbirlər görülür. Bir sözlə Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan idarəsində polis əməkdaşları karantin rejiminə əməl olunmasına tam nəzarət edir.

Bolgexeber.com