BolgeXeber.Com » Ölkə » Koronavirus 50 yaşlı azərbaycanlı qadının ağciyərlərini bu hala saldı - FOTO
Koronavirus 50 yaşlı azərbaycanlı qadının ağciyərlərini bu hala saldı - FOTO
11-05-2020, 16:25
Oxunub: 5 684
COVID-19 50 yaşlı qadının ağciyərlərində buzlu şüşə sindromuna səbəb olub.
Bolgexeber.com xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, rentgen 50 yaşlı qadın pasiyentə məxsusdur:
"Xanım xəstəxanaya müraciət edən zaman aparılan müayinələr nəticəsində onda COVİD-19 aşkar olunub. Dərhal ağciyərlər rentgen olunub. Görüntüdə COVID-19 virusunun törətdiyi atipik pnevmoniyanın ağciyərdə yaratdığı vəziyyət müşahidə olunub.
Müalicə üçün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına göndərilib. Artıq müalicə prosesi yekunlaşıb və xanım sağlam vəziyyətdə evinə göndərilib”.
A.Qeybulla paylaşımı etməklə koronavirusu ciddiyə almayan şəxsləri bir qədər diqqətli olmağa dəvət etdiyini deyib:
"Bu xəstə ilə yanaşı demək olar ki, müraciət edənlər arasında daha altı nəfərdə COVİD-19 aşkarlamışam. Aidiyyəti üzrə müvafiq xəstəxanalara göndərmişik. İnsanlar bu xəstəliyi ciddiyə almadıqca, yoluxma dayandırmaq da çətinləşir. Cəmiyyət arasında sosial məsafəyə riayət edilməlidir. Tibbi maska istifadəsi yoluxma riskini azaldır”.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər