BolgeXeber.Com » Ölkə » Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti uzadılır

Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti uzadılır

29-05-2020, 16:26
Oxunub: 3 531 Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti iyunun 15-dək uzadılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb.