Bu kənddə 9 nəfər koronavirusa yoluxdu, iki qardaş öldü
8-06-2020, 17:47
Oxunub: 4 429
İsmayıllı rayonunun Quşencə kəndində 9 nəfər koronavirusa yoluxub. Onlardan 8-i Ağdaş rayon Mərkəzi Xəstəxanasında, 1 nəfər isə Qobustan xəstəxanasında müalicə alır.
Bolgexeber.com Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Azvision.az -a Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda koronavirusdan ölən şəxs dəfn edilib: "İki qardaş vəfat edib. Onlar Bakıda yaşayıblar, əslən bizim kənddəndirlər. Valideynlərinin dediyinə görə, qardaşlardan biri koronavirusdan vəfat edib, digəri ağciyər xəstəsi olub. Vərəm dispanserində müalicə alırdı. Ölən şəxslərdən birinin 50 yaşı, digərinin isə 46 yaşı olub. Bir nəfər isə evində infarkt keçirib, xəstəxanaya aparıblar, amma həyatını xilas etmək mümkün olmayıb”.
Y.Şirəliyev qeyd edib ki, kənd hazırda həm həkimlər, həm də polislər tərəfindən nəzarət altındadır.
"Kənd əhalisinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Rayon rəhbərliyi tərəfindən ciddi nəzarət olunur. Obyektlər tez-tez dezinfeksiya edilir".
Yerli sakinlər isə bildirirlər ki, hər iki qardaş koronavirusdan vəfat edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər