BolgeXeber.Com » Ölkə » Xaçmaz sakinləri karantin rejimində polislərin fəaliyyətini yüksək qiymətləndirir-VİDEO

Xaçmaz sakinləri karantin rejimində polislərin fəaliyyətini yüksək qiymətləndirir-VİDEO

15-06-2020, 09:26
Oxunub: 5 281 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. 
Regionlarda karantin rejiminin yumşaldılmasına baxmayaraq polis əməkdaşları öz xidmətlərini davam edirlər.Xaçmaz  Polis Şöbəsi də Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına ciddi nəzarət edir.
Əmədaşlarımızın Xaçmazdan hazırladığı süjetdən də görünür ki,sakinlər Xaçmazda polisin fəaliyyətindən razıdır.
 Sakinlər həmçinin bildirib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində xüsusi karantin rejimi dövründə çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə köməklik göstəriblər.
BÖLGƏ TV olaraq ardıcıl paytaxt və bölgələrdə karantin rejimində polisin fəaliyyəti ilə bağlı reportajlar hazırlayıb oxuculara təqdim  edəcəyik.

Hazırladılar:Müxbir Niyaməddin Səlimov,Operator Ayət Şükürov
BÖLGƏ TV