BolgeXeber.Com » Ölkə » Koronavirus pandemiyası ilə uğurlu mübarizədə polisin böyük rolu var

Koronavirus pandemiyası ilə uğurlu mübarizədə polisin böyük rolu var

30-12-2020, 09:20
Oxunub: 3 643 Bildiyimiz kimi artıq bir ilə yaxındır ki, koronavirus bütün dünyanı çənginə alıb. İndiyədək dünyada 82 milyon insan yoluxub, 2 milyona yaxın insan bu bəladan vəfat edib.
Azərbaycanda 24 martdan xüsusi karantin rejimi  elan edilib.
Karantin rejimi bir neçə dəfə uzadılıb. Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək yenidən  sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
 
Son məlumata görə Azərbaycanda COVID-19 infeksiyasına 1 101 yeni yoluxma 4 209 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bolgexeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 216 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.
Dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə Azərbaycanda  yüksək səviyyədə təşkil edilir və daha uğurlu aparılır.
Oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artdı və  və dörd min civarında gündəlik yoluxma qeydə alındı.
Amma son günlər bu rəqəm 1000-dən belə aşağı düşüb. Ciddi tədbirlərin görülməsi ölkəni böyük bəladan xilas etdi. Qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər pandemiyanın ge­niş vüsət almasının qarşısını almağa imkan verdi. Nəticədə Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı bir çox inki­şaf etmiş ölkələrlə müqayisədə kifayət qədər az oldu.
 
Sosial şəbəkələrdə bəzi insanlar bu aşağı göstəricilərə şübhə ilə yanaşsa da bu Azərbaycanda pandemiya ilə uğurla mübarizə aparılmasının bariz nəticəsidir.
 Təsadüfi deyil ki. Ümum­dünya Səhiyyə Təşkilatı bu sahədə gördüyü işlərə görə Azərbaycanı nümunəvi ölkə adlandırdı. 
Bununla bağlı Pre­zident İlham Əliyev demişdir: “Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da, görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisa­diyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağ­lamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.
Qeyd etmək lazımdır ki, bu uğurlu nəticədə səhiyyə sistemi ilə yanaşı  Daxili İşlər Nazirliyinin fədəkar polis əməkdaşlarının  böyük payı var.
Pandemiyanın ilk günlərindən karantin rejiminə əməl olunmasını nəzarətdə sax­lamaq Daxili İşlər Nazirliyinə həvalə olundu və polislərimiz   paytaxt və regionlarda , postlarda Daxili Qoşunların əsgərləri ilə birlikdə bu vəzifənin öhdəsində layiqincə gəldirlər və gəlirlər.
 
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə xüsusi karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. 
 Buna BÖLGƏ TV-nin əməkdaşları polis əməkdaşlarının karantin dövrü postlardakı fəaliyyəti ilə bağlı reportajlar hazırlayarkən həmişə şahid olub.
 
Daxili İşlər Nazirliyi vətəndaşları əhalini daima qaydalara əməl etməyə çağırır, DİN tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür.
Nazirliyin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gecə-gündüz gücləndirilmiş iş rejimində çalışır.
Bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları  xüsusi karantin qaydalarını pozan şəxslər barəsində   qanun çərçivəsində tədbirlər görür;vətəndaşlarla profilaktrik söhbətlər aparır, xəbərdarlıqlar edilir,  qaydaları pozanlar barəsində protokollar yazaraq cərimələr tətbiq edir.
Görülən bütün bu tədbirlərdə əsas məqsəd insanların sağlamlağını qorumaq, koronavirusun  yayılmasının qarşısını almaqdır.
Ölkədə koronavirus pandemiyasının yayıldığı vaxtdan və ölkədə xüsusi karantin rejimi tədbiq olunandan  “Polisə Dəstək” İctimai Birliyi mübarizənin önündədir.
 
“Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevin  bizimlə söhbətində bildirdi ki, İctimai Birliyin üzvləri pandemiyanın tüğyan etdiyi ilk günlərdən əhali arasında maarifləndirici, profilaktik  söhbətlər aparıb və bu hal-hazırda da davam edir. Bundan başqa pandemiya ilə  mübarizə çərçivəsində “Polisə Dəstək” İB tərəfindən  bu müddət ərzində çoxsaylı tədbirlər keçirilib.
Şəmsəddin Əliyev Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan polisinin xidmətini yüksək qiymətləndirdi və polisin bu işdə böyük rolunun danılmaz olduğunu qeyd etdi.
Vasif