Əlillərlə bağlı vahid informasiya bazası yaradılacaq
29-01-2021, 22:12
Oxunub: 5 163
Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası” əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanacaq yeni reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə ölkə üzrə vahid informasiya bazasını formalaşdıracaq.
Nazirlikdən verilən məlumata görə, əsas məqsəd əlilliyi olan şəxslər barədə belə bir informasiya bazasının yaradılması ilə müvafiq məlumatların uçotu və təhlillərinin aparılması, əlillik sahəsində xidmətlərin keyfiyyətinin artırılmasıdır.
Məlumat bazasında əlilliyi olan şəxslərin fərdi məlumatları, əlilliyinə, sosial müdafiə tədbirləri ilə əhatə olunmasına, sosial ödənişlə, reabilitasiya xidmətləri və vasitələri ilə təminatına, peşə-əmək qabiliyyətinin itirilməsi faizinə, məşğulluq vəziyyətinə, məşğulluq tədbirlərinə cəlb olunmasına və s. dair bütün məlumatlar əhatə olunacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər