BolgeXeber.Com » Ölkə » Xocavənd və Füzuliyə qanunsuz gedən daha 6 nəfər saxlanıldı - Video

Xocavənd və Füzuliyə qanunsuz gedən daha 6 nəfər saxlanıldı - Video

10-02-2021, 16:26
Oxunub: 2 834 Fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. 

DİN-dən verilən məlumata görə, nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyən edilərək saxlanılıblar.


Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.