BolgeXeber.Com » Ölkə » Ağstafada toy edən şəxslər məsuliyyətə cəlb olundu (VİDEO)

Ağstafada toy edən şəxslər məsuliyyətə cəlb olundu (VİDEO)

12-02-2021, 13:00
Oxunub: 2 914 Ağstafada toy edən şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək  baxılması üçün məhkəməyə göndərilib.