BolgeXeber.Com » Ölkə » Azərbaycanda 9 qadın prokuror vəzifəsinə təyin edilib

Azərbaycanda 9 qadın prokuror vəzifəsinə təyin edilib

19-02-2021, 16:55
Oxunub: 3 080 "Aparılan kadr islahatları nəticəsində 9 qadın prokurorluq əməkdaşı vəzifədə irəli çəkilib".
Bunu Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində deyib.
Bildirib ki, onlardan 2-si Baş Prokurorluğun idarə və şöbə rəisləri, 3-ü idarə rəislərinin müavinləri, müasir prokurorluğun tarixində ilk dəfə 2-si rayon prokuroru, 1-i rayon prokurorunun müavini, 1-i isə şəhər prokurorunun böyük köməkçisi vəzifələrinə təyin edilib.