Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
22-02-2021, 13:28
Oxunub: 3 345
Milli Hidrometeorologiya Xidməti havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir.
Şimal-qərb küləyi əsəcək, 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənək. Çovğun olacağı ehtimalı var.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı gözlənilir. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.
Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 18-23, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, aran rayonlarında 3-8, dağlıq rayonlarda 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər