BolgeXeber.Com » Ölkə » Vilayət Eyvazov Sumqayıtın polis rəisinin müavinini işdən çıxardı

Vilayət Eyvazov Sumqayıtın polis rəisinin müavinini işdən çıxardı

15-03-2021, 12:30
Oxunub: 2 444 Sumqayıt şəhər Polis İdarəsinin (ŞPİ) rəis müvini işdən çıxarılıb.

ŞPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov vəzifəsindən azad edilib. Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, H.Həsənov 2019-cu ildə bu vəzifəyə təyin edilmişdi. Onun yerinə hələlik təyinat olmayıb.