Şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətdədir - Foto
29-04-2021, 21:02
Oxunub: 6 112
730 şagirdin həyatı təhlükədə
Cəlilabadın Maşlıq kəndinin şəhid Nizami Alışanov adına tam orta məktəbi illərdir ki, qəzalı vəziyyətdədir.
İnfom.az-a şikayət edən Maşlıq kənd sakinləri bildirib ki, onlar buna görə övladlarını məktəbə göndərmək istəmirlər. Onlar bildirib ki, məktəbdə 730 şagird təhsil alır.
Məktəb 1993-cü ildən Qarabağ müharibəsində şəhid olan kənd sakini Nizami Alışanovun adını daşıyır. Lakin illərdir ki, məktəb binası qəzalı vəziyyətdədir.
Bununla bağlı onlar aidiyyatı qurumlara məktubla müraciət etsələr də, bu günə kimi heç bir tədbir görülməyib.
Maşlıq kənd sakinləri bildiriblər ki, onlara yeni məktəb binası tikilməlidir. Buna görə də onlar aidiyyatı qurumlara müraciət etmək üçün redaksiyamıza üz tutublar.
Onlar bildiriblər ki, ötən il qonşu kənd olan Muğan kəndinin qəzalı vəziyyətdə olan tam orta məktəbi kənddə doğulub boya-başa çatan jurnalist tərəfindən mətbuatda işıqlandırılandan sonra Heydər Əliyev Fondu tərəfindən kənddə yeni məktəb binası tikilib. Bundan ruhlanan Maşlıq kənd sakinləri Heydər Əliyev Fondu tərəfindən onlara da yeni məktəb binasının tikiləcəyinə ümidlidirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər