BolgeXeber.Com » Ölkə » Şəhidin xanımı hamını kövrəltdi: "Bu yaş mənə düşmədi, cənab leytenant"
Şəhidin xanımı hamını kövrəltdi: "Bu yaş mənə düşmədi, cənab leytenant"
22-05-2021, 10:38
Oxunub: 3 024
Vətən müharibəsinin şəhidi Teymur Abbasovun həyat yoldaşı Sona xanım sosial şəbəkə paylaşımı ilə hər kəsi kövrədlib.
O ötən ilki doğum günündən şəhidimiz ilə birgə fotosunu paylşaraq bu sözləri yazıb:
"Həmişəki kimi gecə saat 12-də yeni yaşımı təbrik edən sən oldun. Alnımdan öpüb, "Sona yaxşı ki, sən varsan, varımsan. Bu həyata bir də gəlmək şansım olsa, yenə böyüməyini gözləyib, səninlə evlənərdim" dedin. Bunu kimsədən utanmadan,çəkinmədən həmişə hamının yanında söyləyirdin.
Günorta görüntülü zəng elədin ki, mətbəxdə şkafda proteinim qalıb, bax gör ordadırmı? Dərhal mətbəxə qaçıb şkafı açdım, gördüm ki,bir balaca hədiyyə qutusu var. Bilirdim ki, məni hədiyyəsiz qoymayacaqsan. Telefon almışdın. Çox sevindim. Bəyənib-bəyənmədiyimi soruşdun. Sonra dedin ki, inşallah bu telefondan gözəl xəbərlər eşidərsən, mən də gözəl sözlər söyləyərəm: "Səni sevirəm". Mən də "Amin" dedim. 30 yaş mənə düşmədi, cənab leytenant. Həmin telefondan sənin şəhidlik xəbərini oxudum. Dünya başıma yıxıldı və altında qaldım, əzildim. Səndən mənə ən gözəl hədiyyə isə, əmanət qoyub getdiyin iki gözəl oğlumuz oldu. Hər şey üçün təşəkkürlər, sevgilim. Sevgini iliklərimizə qədər, doya-doya yaşadığımız üçün təşəkkürlər. Neçə gözəl sənli illərə, Teymur Feyruzoğlu".
Qeyd edək ki, Silahlı qüvvələrin leytenantı Teymur Abbasov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər