BolgeXeber.Com » Ölkə » Əks-göstəriş sertifikatı almaq istəyənlər nə etməlidir? - AÇIQLAMA

Əks-göstəriş sertifikatı almaq istəyənlər nə etməlidir? - AÇIQLAMA

10-09-2021, 14:30
Oxunub: 3 704 Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının verilməsi qaydasını açıqlayıb.

Bununla bağlı qurumun rəsmi saytında məlumat yerləşdirilib.

19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova əks-göstəriş sertifikatı almaq istəyənlər vətəndaşların necə müraciət etməli olduqlarına aydınlıq gətirib.

O bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər: 

"Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa), həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir”.