"Azəriqaz" ASC-nin fəaliyyətinə kölgə salan Ramil Ağayev kimdir?
27-12-2021, 12:23
Oxunub: 6 528
Son iki gündə İmişli əhalisi təbii qaza həsrət qalmışdı. Səbəb iritutumlu yük avtomobilinin yüksək təziqli qaz kəmərini dağıtması idi. Azəriqazın tabeliyində olan Salyan regional Qİİ-nin əməkdaşlarının səyi nəticəsində qəzanın nəticələri aradan qaldırıldı və 70% əhali qazla təmin olundu. İndi isə bəzi küçələrdə verilən qazın təzyiqində kəskin problemlər yaşanır. Qaz çox aşağı təzyiqlə verilir ki, bu da evlərdə istifadə olunan kombi və bəzi qızdırıcı sistemlərin avtomatik sönməsi ilə nəticələnir. Əslində bu problem bütün qış fəslini əhatə edə bilər təbii ki, təxirəsalınmaz qabaqlayıcı tədbirlər görülməzsə. Əgər müxtəlif ərazilərdə qazın verilişi ilə bağlı məhdudiyyətlər yaranırdısa, hal-hazırda qazın verilişi ilə bağlı bütün ərazilərdə vəziyyət daha da ağırlaşıb. Qazın olmaması ilə bağlı şikayətlənənlərin sayı çoxalıb. Çarəsiz qalan rayon sakinləri aidiyyatı üzrə 104 xidmətinə zənglər etməklə yaranmış problemin aradan qaldırılmasına nail olmağa çalışır. Lakin Qİİ-nə müraciət edən abonentlərə problem yaranan ərazilərə baxış keçiriləcəyinə dair vədlər verilsə də, məsələ ilə nəinki maraqlanan, hətta şikayətləri qeydə alan da yoxdur. Dəfələrlə saytımız vasitəsilə Azəriqaz ASC- nin əldə etdiyi uğurları rəhbərliyin ,,AÇIQ MİKROFON,, günü kecirərək vətəndaşların şikayətlərini dinləməsi kimi halları işıqlandırmışıq. Necə deyəllər görülən müsbət işləri təqdirəlayiq nöqsanları isə tənqid etmişik. Lakin İmişli rayonu QİS-nin qəza xidmətinin rəisi Ramil Ağayev qazla bağlı şikayət edən abonentlərə ,,Allah sənə qənim olsun qoy yeməyimi yeyim,, deyərək telefonu qapadır. Əcəba biz münəccimik ki, ,,rəml,, ataq görək ki, ,,hörmətli Ramil ,,müəllim yemək yeyir ya yox? Hörmətli Ruslan müəllim! Sizin Azəriqaza direktor təyin olunduğunuz gündən qaz təchizatında böyük uğurlar əldə olunub. Lakin Ramil Ağayev kimilərin abonentlərlə kobud davranışı Azəriqazın işgüzar nüfuzuna xələl gətirır. Əminik ki, adıçəkilən həttda Ruslan Əliyev görmür mən işləyən adamam deməkdən çəkinməyən əməkdaşınızın barəsində ciddi tədbir görülməsi üçün tapşırıq verəcəksiniz.
Babək Hüseynov, Oxuinfo.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər