BolgeXeber.Com » Ölkə » Hacıqabulda 20 avtomobilin iştirakı ilə qəza - Ölən və yaralananlar var

Hacıqabulda 20 avtomobilin iştirakı ilə qəza - Ölən və yaralananlar var

1-01-2022, 12:26
Oxunub: 2 952 Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.
“Report”un  məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.
İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.