Azərbaycanlı oğru Türkiyədən deportasiya edildi
15-01-2022, 13:10
Oxunub: 3 104
Azərbaycanlı oğru Rafət Əmirov (Rafət Əli Bayramlı) Türkiyədən deportasiya olunub.
Bolgexeber.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə yaxın günlərdə baş verib.
Rafət Əmirov uzun müddət idi ki, Türkiyədə məskunlaşmışdı. Lakin bir müddət əvvəl oranı müvəqqəti tərk edib. Geri dönəndə isə miqrasiya polisi tərəfindən saxlanılıb. O, Türkiyədən deportasiya edilib və bu ölkəyə girişi ömürlük məhdudlaşdırılıb.
Rafət Əmirov 1979-cu ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olub. 2014-cü ildə Türkiyədə keçirilən "sxodka"da oğru titulu alıb.
Kriminal mənbələrdən əldə edilən məlumatlara görə, Rafət Əmirova oğru titulu verilən toplantıda Azərbaycanın kriminal dünyasının tanınmış simaları olan Arif Mehdiyev (Arif Sumqayitski), Yunis Nəzərov (Yunis Yasamalski) və Namiq Səlifov (Namiq Bakinski) iştirak edib. Həmin vaxt həbsdə olan Nadir Səlifov (Lotu Quli) da "Skype" vasitəsilə "sxodka"ya qatılıb. Rafət Əmirovu taclandıran oğrulardan Nadir Səlifov istisna olmaqla digərləri həyatdadır. Nadir Səlifov isə 2020-ci ilin avqustunda Türkiyədə qətlə yetirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər