BolgeXeber.Com » Ölkə » Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

16-01-2022, 13:55
Oxunub: 2 328 Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Ələsgərov Ramin Cucuq oğlu Şəmkir RPŞ-nin komandir müavini vəzifəsindən həmin bölüyün komandiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bölüyün komandiri Bayram İsmayılov ötən ilin dekabr ayında Şəmkir RPŞ-yə rəis müavini təyin edilib.