BolgeXeber.Com » Ölkə » Qaziyəm deyib aylarla ödəniş etmədi, 4 minlik də ziyan vurdu - Daha bir fırıldaqçı
Qaziyəm deyib aylarla ödəniş etmədi, 4 minlik də ziyan vurdu - Daha bir fırıldaqçı
17-01-2022, 20:35
Oxunub: 3 664
Yanvarın 14-də "Tik-Tok" sosial şəbəkəsində "Qazini təhqir etdilər, bu da sonu" başlığı ilə bir nəfərin "Khazar" markalı avtomobilin şüşələrini sındırmasını əks etdirən görüntülər yayılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, həmin şəxs Bakı şəhər sakini, 35 yaşlı Anar Məmmədovdur. O, şüşələrini sındırdığı avtomobili "Azərmaş" ASC-dən lizinq müqaviləsi əsasında almasına baxmayaraq son 7 ay ərzində ödəniş etmədiyi üçün etibarnaməsi ləğv edilib və yanvarın 11-də yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
"Azərmaş" ASC tərəfindən vətəndaş Anar Məmmədova etibarnamə verilmədiyindən tərəflər arasında mübahisəli vəziyyət yaranıb. Yanvarın 13-də A.Məmmədov sərxoş halda duracağa gələrək avtomobilin şüşələrini sındırmaqla nəqliyyat vasitəsinə 4.090 manat dəyərində maddi ziyan vurub.
Hazırda faktla bağlı idarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılaraq araşdırma aparılır. Həmçinin müəyyən edilib ki, Anar Məmmədov özünü qazi kimi təqdim etsə də o, ümumiyyətlə müharibə iştirakçısı deyil və heç bir döyüş əməliyyatında iştirak etməyib. Belə ki, o, 2020-ci il sentyabrın 30-da qismən səfərbərliyə cəlb edilərək hərbi hissələrdən birinə əsgər kimi göndərilib, lakin 6 gündən sonra orada avtomaşından yıxılaraq xəsarət aldığı üçün ordu sıralarından tərxis olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər