BolgeXeber.Com » Ölkə » Vilayət Eyvazov polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

Vilayət Eyvazov polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

26-01-2022, 14:27
Oxunub: 1 952 Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis polkovnik-leytenantı Qurbanov Emin Çingiz oğlu Samux Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

E.Qurbanov bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.