BolgeXeber.Com » Ölkə » Hacıqabulda ərazi zibildən təmizlənib-AÇIQLAMA

Hacıqabulda ərazi zibildən təmizlənib-AÇIQLAMA

8-02-2022, 19:00
Oxunub: 3 208 Bir müddət əvvəl Bolgexeber.tv  “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində Hacıqabulda xəstəlik mənbəyi olan zibilxana haqda reportaj hazırlamışdır. Məsələyə Hacıqabul icra hakimiyyətindən reaksiya verilib.
Hacıqabul icra hakimiyyətindən problemlə bağlı açıqlamada bildirilir ki,həmin ərazi zibil poliqonu deyil.
“Ərazidə yaşayan insanlar arasında maarifləndirmə işlərinin aparılmasına baxmayraq sakinlər tərəfindən həmin əraziyə zibil tökülməyə davam etdirilir.
Bütün bunlara baxmayaraq ərazi tam təmizlənmiş və ekoloji tarazlıq təmin edilmişdir”,-açıqlamada bildirilir.