BolgeXeber.Com » Ölkə » Tərtərdə ikimərtəbəli yaşayış evi yanaraq külə dönüb-VİDEO

Tərtərdə ikimərtəbəli yaşayış evi yanaraq külə dönüb-VİDEO

19-02-2022, 13:03
Oxunub: 3 040 Tərtər rayonunun Ağkənd kəndində ümumi sahəsi 160 m² olan (hər mərtəbəsi 80 m²) ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Bölgə Tv-nin məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bölgə Tv-nin Qarabağ bürosunun müxbiri Hidayət Əhmədov