"Sabah Bakıda bir sıra yollar bağlanacaq" - SİYAHI
25-02-2022, 10:49
Oxunub: 3 376
"Sabah Bakıda bir sıra yollar bağlanacaq”.
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən "Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək: "Tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə saat 07:00-dan tədbir bitənədək Bayraq Meydanından Neftçilər Prospekti ilə bütün kəsişmələr, Parlament, Mikayıl Müşfiq istiqamətində yol bağlanılacaq.
Səməd Vurğun, Bülbül, Azadıq prospekti, Kövkəb Səfərliyeva istiqamətində hərəkət dəyişdiriləcək. Neftçilər prospektinə çıxışlar tam bağlanılacaq. Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.
Hərəkət Neftçilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə 8 Noyabr prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.
Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək".
"Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunur. Anım mərasimində iştirak etmək istəyənlərin ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur", - o vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər