BolgeXeber.Com » Ölkə » Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Ağdam şəhərində yürüş təşkil edilib-VİDEO

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Ağdam şəhərində yürüş təşkil edilib-VİDEO

26-02-2022, 19:28
Oxunub: 3 016 Bölgə Tv-nin Qarabağ üzrə müxbirnin xəbərinə görə, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahının nümayəndələri, ərazidə xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və Xocalı sakinləri iştirak edib.

Yürüş Prezidentin Xüsusi nümayəndəliyinin qərargahının qarşısından başlayıb və Ağdam şəhər Şəhidlər Xiyabanına qədər davam edəcək.

Bundan başqa Ağdam şəhərindəki Cümə məscidinin qarşısında da soyqırımın ildönümü ilə bağlı tədbir keçirilib.