BolgeXeber.Com » Ölkə » Salyanda sudan istifadə ilə bağlı iclas keçirilib

Salyanda sudan istifadə ilə bağlı iclas keçirilib

14-03-2022, 10:11
Oxunub: 2 632 Möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində Salyan rayonunda sudan və su təsərrüfatı obyektlərindən nəzarətdən kənar istifadənin aradan qaldırılması məqsədilə iclas keçirilmişdir. İclasda Rayon Icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Kür çayının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar əkin sahələrinə suvarma suyunun verilməsini maksimum səviyyədə nəzarətdə saxlanılmasını, növbəlilik qrafikinə ciddi şəkildə riayət olunmasını, şəhər, qəsəbə və kəndlərdə əhali arasında suya qənaət edilməsi barədə müvafiq tapşırıqlar vermişdir. Məlumat üçün bildiririk ki, içməli və əkin suyunun nəzarətdə saxlanılması və qarşıya çıxacaq problemlərin həll olunması üçün Rayon İcra Hakimiyyətində “Qaynar xətt” (Tel: 255-07-13) yaradılmışdır.