Qanunsuz ov edən daha 3 nəfər cəzalandırıldı
15-03-2022, 15:20
Oxunub: 3 088
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bolgexeber.com-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Pərviz Hüseynov və Sumqayıt şəhər sakini Bəhruz Əlibabayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Ayrı-ayrı inzibati rayonların ərazilərindəki su hövzələrində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 525 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında ov qaydalarını pozduğuna görə Biləsuvar rayon sakini İlham Mahmudov saxlanılıb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər