BolgeXeber.Com » Ölkə » Azərbaycanda illərlə bağlı qalan cinayət çözüldü: Sevgilisini öldürüb qəbiristanlıqda gizlədibmiş
Azərbaycanda illərlə bağlı qalan cinayət çözüldü: Sevgilisini öldürüb qəbiristanlıqda gizlədibmiş
18-03-2022, 13:14
Oxunub: 2 792
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağsuda beş il əvvəl törədilən cinayətlə bağlı məlumat yayıb.
Bolgexeber.com-a daxil olan məlumatda deyilir:
"1999-cu il təvəllüdlü Ağsu sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci ilə itkin düşməsi faktına görə Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 2019-cu ildə dayandırılıb.
7 mart 2022-ci ildə iş üzrə icraat təzələnərək Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq-əməliyyat qrupu yaradılıb.
Müəyyən edilib ki, 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanovanı bıçaqla öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlədib. Yanvarın 28-də meyiti götürüb Kürdəmir rayonunda Şirvan kanalının yaxınlığında basdırıb.
16 mart 2022-ci ildə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb. 17 mart 2022-ci ildə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən törətdiyi əməli etiraf edib".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər