DSX-dən əməliyyat: 13 kq-dan artıq narkotik müsadirə edildi
20-03-2022, 11:47
Oxunub: 3 176
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) Bolgexeber.com-a verilən məlumata görə, mart ayının 20-də saat 05:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 1 nəfər saxlanılıb.
Onun Biləsuvar şəhər sakini 1979-cu il təvəllüdlü Razi Əlipaşa oğlu İsgəndərov olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram narkotik vasitəyə (8 kiloqram 800 qram “marixuana”, 2 kiloqram 840 qram “tiryək”, 1 kiloqram “heroin”, 1 kiloqram 40 qram “metamfetamin”) bənzər maddələr aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər