BolgeXeber.Com » Ölkə » Azərbaycanda rüşvət alan məktəb direktoru məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Azərbaycanda rüşvət alan məktəb direktoru məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
28-03-2022, 18:06
Oxunub: 4 520
Lənkəran rayonunun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın barəsində verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Şirvan Apellyasiya Məhkəməsinin hakimi Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib.
Belə ki, Z.Əhmədovun barəsində 4 il 6 ay müddətində azadlıqdan mərhumetmə cəzası çıxarılıb. O, məhkəmə zalında həbs edilib.
İttiham aktına əsasən, Z.Əhmədova işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılan ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməyib.
O, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət edən şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin olunması müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində alıb.
İstintaq dövründə Z.Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bildirilib ki, Z.Əhmədovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. //pravda.az//
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər