BolgeXeber.Com » Ölkə » Mingəçevirdə 33 yaşlı kişi bıçaqlandı- Şəxsi münasibət zəminində olub(VİDEO)
Mingəçevirdə 33 yaşlı kişi bıçaqlandı- Şəxsi münasibət zəminində olub(VİDEO)
30-03-2022, 13:02
Oxunub: 3 328Mingəçevirdə 33 yaşlı kişi bıçaqlanıb.
BÖLGƏ TV-nin Qarabağ üzrə bölgə müxbirinin xəbərinə görə, hadisə gecə saat 3 radələrində Aydın Məmmədov küçəsində baş verib.
1989-cu il təvəllüdlü şəhər sakini Muxtarov Hikmət Oktay oğlu mübahisə və münaqişə zəminində kürək nayihəsindən ağır şəkildə bıçaqlanıb.
Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun ağ ciyərlərinin də zədələndiyi deyilir. Əldə olunan ilkin məlumata əsasən hadisə qadın məsələsi üstündə baş verib.