BolgeXeber.Com » Ölkə » Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər ölüb, yaralı var

Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər ölüb, yaralı var

31-03-2022, 16:01
Oxunub: 3 136
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.


Hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.

Yaralı reanimasiyaya yerləşdirilib.

Qeyd edilib ki, ölənlər məktəbin inşaatında çalışanlardır.