BolgeXeber.Com » Ölkə » Xudatda silsilə oğurluqlar edən şəxs həbs edilib

Xudatda silsilə oğurluqlar edən şəxs həbs edilib

15-04-2022, 13:42
Oxunub: 4 072 Xudatda silsilə oğurluqlar edən şəxs həbs edilib.
Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinə daxil olan müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xudat şəhər sakini Qədir İsayev saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda Xudat şəhəri ərazisində olan ərzaq mağazalarına girərək oradan pul, ümumi 1 710 manat dəyərində müxtəlif növ siqaretlər və külli miqdarda danışıq kartları oğurladığı müəyyən edilib.
Bundan başqa, o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə ayrı-ayrı vaxtlarda avtomobil təmir sexinə daxil olaraq oradan ümumilikdə 2 400 manat pul oğurlayıb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.