BolgeXeber.Com » Ölkə » Aprel döyüşlərinin iştirakçısı olan baş leytenant bu gün vəfat edib
Aprel döyüşlərinin iştirakçısı olan baş leytenant bu gün vəfat edib
29-04-2022, 11:11
Oxunub: 4 296
Aprel döyüşlərinin iştirakçısı baş leytenant Aydın Həzrətov vəfat edib.
Bu barədə Bölgə Tv-yə onun qardaşı İslam Həzrətov məlumat verib .
O bildirib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra beyin xərçəngindən əziyyət çəkən Aydın Həzrətov bu gün dünyasını dəyişib.
Xatırladaq ki, Aydın Həzrətov Aprel döyüşləri zamanı leytenant rütbəsi ilə hava hücumundan müdafiə üzrə tağım komandiri olub. Tərtərdə gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində zərbə dalğasından xəsarət alıb. Buna baxmayaraq leytenant xidməti davam etdirib.
Aydın Həzrətova müharibədən sonra baş leytenant rütbəsi verilib. 2020-ci ildə müayinə zamanı beynində bədxassəli şiş olduğu üçün müalicəyə cəlb olunub. Həkimlərin rəyinə görə xidmət dövründə beynində xəstəliyə yoluxub.
Allah Rəhmət eləsin!

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər