Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
29-04-2022, 14:22
Oxunub: 568
Baş prokuror korrupsiyaya qarşı mübarizədə ən qətiyyətli tədbirlər görülməsinin davam etdiriləcəyini bildirib
Aprelin 29-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun struktur qurumlarının məsul əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) icrası ilə əlaqədar qarşıda duran vəzifələrə dair əməliyyat müşavirəsi keçirilmişdir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, müşavirədə çıxış edən Baş prokuror ölkə başçısı İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd edib.
Bu baxımdan antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin hazırlanaraq təqdim olunması, dövlət orqanlarının fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, mövcud qanunların daha da səmərəli tətbiq edilməsi, xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi, əməliyyat tədbirlərinin intensivləşdirilməsi və cinayət törətmiş bütün şəxslərin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi vurğulanıb.
Müşavirədə həmçinin qabaqcıl beynəlxalq təcrübənin öyrənilməklə tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması, xüsusən əhatəli antikorrupsiya tədris modulunun hazırlanması qərara alınmışdır.
Əməliyyat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planı” təsdiq edilmişdir.
Müşavirəyə yekun vuran Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində ən qətiyyətli tədbirlərin görülməsinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes