BolgeXeber.Com » Ölkə » Regional idarənin rəisi Tərtərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Regional idarənin rəisi Tərtərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
12-05-2022, 12:33
Oxunub: 4 904
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Möhsümova 11 may tarixində Tərtər rayondakı bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.
İlk olaraq Tərtər rayon Heydər Əliyev Mərkəzinə baş çəkən Vəsilə xanım Möhsümovaya Mərkəzin yaranması və fəaliyyəti haqqında məlumat verilib. Həmçinin regional idarənin rəisi Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olub.
Daha sonra idarənin rəisi Tərtər rayon Tarix-diyarşünaslıq muzeyinə baxış keçirərək muzeyin yaranması, fəaliyyəti və Tərtər rayonunun zəngin tarixi, mədəniyyəti və adət-ənənələrini özündə əks etdirən eksponatları ilə tanış olub.
Sonda Tərtər rayon Mədəniyyət Mərkəzində olan regional idarənin rəisinə mərkəz və onun fəaliyyəti haqqında geniş məlumat verilib və xatirə şəkilləri çəkilib.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər