Xəyanət şübhəsi - Əri tərəfindən öldürülən qadının FOTOSU
30-05-2022, 09:30
Oxunub: 4 088
Abşeronda baş vermiş qətlin bəzi təfərrüatları məlumat olub.
Modern.az xəbər verir ki, dünən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyeva yaşadığı evdə amansızlıqla qətlə yetirilib. Hadisəni onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədov törədib.
Məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Belə ki, arvadının ona xəyanət etməsindən şübhələnən ər onu öldürmək qərarına gəlib.
Q.Şahməmmədov gecə saatlarında arvadı ilə mübahisə edib, daha sonra bıçaqla ona çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər