BolgeXeber.Com » Ölkə » Şamaxıdakı dəhşətli qəzanın yeni detalları: Tur şirkətinin adı bilindi
Şamaxıdakı dəhşətli qəzanın yeni detalları: Tur şirkətinin adı bilindi
13-06-2022, 19:09
Oxunub: 3 936
Şamaxı-Bakı yolunda qəzaya uğrayan avtobusdakı şagirdlərin təhsil aldığı 279 saylı məktəbin direktoru Südabə Abdullayeva hadisə ilə bağlı danışıb.
Bolgexeber.com xəbər verir ki, "Sputnik Azərbaycan”a danışan S.Abdullayeva bildirib ki, gəzinti istirahət günü təşkil olunduğundan hadisədən gecə saatlarında xəbər tutub:"Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinfin müəllimini də valideynlər qonaq ediblər. Arzu müəllim də bu qəzada ciddi xəsarət alıb. Əllərini avtobusun ön şüşəsinin qırıqları doğrayıb. Zərbədən uşaqlar və müəllim dərəyə yuvarlanıb. Burada əsas məsuliyyət turu təşkil edən şirkətdədir. Onlar qeyri-peşəkar tur təşkil etdiklərinə görə cavab verməlidirlər. Biz Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hadisə baş verən andan uşaqların yanındayıq”.S.Abdullayeva qeyd edib ki, uşaqlar üçün gəzintini təşkil edən şirkət "Empaty Travel” turizm şirkətidir.
"Empaty Travel” şirkətindən isə suallara cavab verən olmayıb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər