BolgeXeber.Com » Ölkə » Bakının daha bir ərazisində evlər sökülür - Kvadratına görə bu qədər pul verilir
Bakının daha bir ərazisində evlər sökülür - Kvadratına görə bu qədər pul verilir
24-11-2022, 12:13
Oxunub: 3 408
Bakı şəhəri Sabunçu rayonunda bir və iki mərtəbəli evlərin söküntüsünə başlanıb.
Hazırda söküntü Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında aparılır. Sakinlər bildiriblər ki, bəzi vətəndaşlar aylıq 300 manat kirayə haqqı alaraq evlərdən çıxıblar. Köçmək istəməyən vətəndaşlarla danışıqlar aparılır.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Sabunçu rayonunda da istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi və binaların sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi istiqamətində işlər aparılır:
Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi və sökülməsi işlərinə başlanılıb. Bina sakinlərinin qarşılıqlı razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub.
Hər kvadrat metrə görə sakinlərə min manat ödənilməsi nəzərdə tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər