Deputata ağır itki – Həyat yoldaşı vəfat etdi – FOTO
28-11-2022, 12:00
Oxunub: 1 328
Deputat Jalə Əliyevaya ağır itki üz verib.
Deputatın həyat yoldaşı dünyasını dəyişib.
“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik…”- J.Əliyeva sosial şəbəkədəki şəxsi hesabında acısını belə paylaşıb.
Xanım deputatın həyat yoldaşı xaricdə vəfat edib.
“Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq… Həyat çox qısa, tale çox amansız… İllər boyu uzaq məsafələrdə yaşadıq… Həsrət heç bitmədi ki… Elə ötən həftə qızı, nəvələri, kürəkəni ilə, bütün qohumlarla, dostlarla Bakıda birlikdə idi… Sanki vida səfərinə çıxmışdı… Ötən 35 ilin onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, o bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”, – deyə o qeyd edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər