BolgeXeber.Com » Ölkə » Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

7-11-2023, 12:21
Oxunub: 2 160

Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Bölgə TV  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin hündürlüyü təqribən 10 metr olan qüllədən düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində halsız vəziyyətdə olan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.